Trampa Corciya ştatının həbsxanasına könüllü şəkildə gəlməyi tapşırılıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciyada ştatında keçirilən seçkilərə müdaxilə ilə bağlı iş üzrə digər ittiham olunan şəxslər avqustun 25-dək Fulton dairəsindəki həbsxanasına (Corciya ştatı) könüllü şəkildə gəlməlidirlər. Orada onlar rəsmi həbs prosedurundan keçəcəklər.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə dairə şerifinin ofisindən bildiriblər.

"Hazırda Baş Prokurorluqdan və hakimdən alınan göstərişlərə əsasən, 19 ittiham olunan şəxsin Rays-strit həbsxanasına [Fulton dairəsindəki həbsxanasına] qəbul ediləcəyi gözlənilir", - deyə "CNN" telekanalı tərəfindən təqdim olunan şerifin açıqlamasında bildirilib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər həbsxanaya gəldikdən sonra rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək və barmaq izləri alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31