Ukraynada qalanların sayı 19 milyondur

Çətin həyat şəraiti və qanun pozuntularına görə xaricə üz tutan Ukrayna vətəndaşlarının sayı arta bilər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində Kiyevin nəzarətindəki ərazilərdə əhalinin sayı 19,4 milyon nəfər olub:

"Gedənlərin sayı isə 18.1 milyondur. Məlumatlara görə, təkcə son 6 ayda 188 min insan ölkədən gedib. Qaçqın axını isə dayanmır. Bu templə payıza qədər ölkədən gedən və ölkədə qalan ukraynalıların sayı bərabərləşəcək. Fərq hələ ki, 1 milyondur. Ardınca isə gedənlərin sayı qalanları keçməyə başlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31