Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu
15 Avqust 2023 21:17 DünyaTürkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.
Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.
Əraziyə, həmçinin, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31