Rusiyanın İsveçin zavodunu VURDU

Rusiyanın İsveçin Ukraynanın Lutsk şəhərindəki rulman (podşipnik) zavoduna raket zərbəsi endirməsi nəticəsində üç işçi ölüb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə İsveç şirkəti məlumat yayıb.

"Dünən gecə Ukraynanın Lutsk şəhərinə hücum olub və nəticədə zavodumuza ciddi ziyan dəyib. Üç həmkarımızın öldüyünü təsdiqləməkdən çox kədərlənirik", - deyə SKF-nin sözçüsü Karl Byörnstam bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31