Ukraynada “Tatneft” şirkətlərinin Ukraynanın neft-qaz şirkətinə verilməsini elan etdilər - ÖZƏL

Ukrayna Nazirlər Kabineti Rusiyanın "Tatneft" neft şirkətinə məxsus həbs edilmiş üç şirkəti Ukraynanın "Ukrnafta" neft-qaz şirkətinə təhvil verib.

Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün Teleqram kanalında bildirib.

"Nazirlər Kabineti "Tatneft"ə məxsus üç həbs edilmiş Rusiya şirkətini "Ukrnafta"ya təhvil verib. Söhbət "Poltava-Kapital", "Xarkov-Kapital" və "Tatneft-AZS-Ukrayna" şirkətlərindən gedir... Bu şirkətlər həbs edilib, onların rus sahibləri var", - mesajda deyilir.

Qonçarenkonun sözlərinə görə, əvvəlcə bu şirkətlər idarəetməni "Naftoqaz" QSC-yə vermək niyyətində olub, lakin sonradan fikirlərini dəyişib.

Ötən ilin dekabrında məlum olub ki, Rusiyanın "Tatneft" və "VS Energy" kimi enerji şirkətlərinin aktivlərinə ölkənin enerji müstəqilliyini artırmaq məqsədilə Ukraynada həbs qoyulub. Dəqiqləşdirilib ki, Ukraynanın idarəçiliyinə 115 daşınmaz əmlak obyekti verilib, o cümlədən neft bazaları, yanacaqdoldurma məntəqələri, binalar, torpaq sahələri, həmçinin 118 yük və minik avtomobilləri.

Avqustun 4-də Ukraynanın Təhlükəsizlik Xidməti 2022-ci ildən bəri Rusiyadan olan iş adamlarının ölkədə 5,1 milyard dollar məbləğində aktivlərinin həbs edildiyini açıqlayıb.

Bundan əvvəl Rusiyanın "Tatneft" neft şirkəti aprelin 26-da Türkiyənin "Aytemiz Akaryakit" yanacaq şirkətinin 100%-lik payını 336 milyon dollara satın aldığı bildirilirdi.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın Avropa İttifaqında dondurulmuş suveren aktivlərinin məbləğini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31