Britaniya kəşfiyyatı: Çeçen hərbçilər cəbhəyə qayıdır
15 Avqust 2023 16:47 DünyaÇeçenistan hərbçiləri Ramzan Kadırovun Vladimir Putinin tərəfdarı kimi nüfuzunu artırmaq üçün cəbhəyə qayıdır.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında hesabatında qeyd olunub.
Kəşfiyyat rəsmilərinin fikrincə, Kadırov bu yolla Putinin gözündə reputasiyasını yaxşılaşdırmağa çalışır.
Qeyd olunub ki, Kadırov bu səbəbdən Zaporojye vilayətinin Orexov rayonunda döyüşən "Vostok Axmat" batalyonu barədə təriflər səsləndirir.
Britaniya kəşfiyyatının sözlərinə görə, Kadırovun bölmələri Rusiyanın Ukraynadakı qüvvələrinin arasında nisbətən kiçik, lakin əhəmiyyətli hərbi komponentdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31