Taliban administrasiyası ölkədə hökmranlığının ikinci ilini qeyd edir - ÖZƏL
15 Avqust 2023 15:29 DünyaƏfqanıstanda 2021-ci il avqustun 15-də paytaxt Kabilə daxil olan və ölkədə hökmranlıq edən Taliban idarəçiliyi ikinci ilini qeyd etdi.
Başda Kabil, Herat, Məzari Şərif və Qəndəhar olmaqla ölkənin müxtəlif şəhərlərində Taliban qüvvələri silah və hərbi maşınlarla şəhər turu təşkil edərək xalqı salamlayıb. Taliban üzvləri tez-tez Talibanın lehinə və ABŞ əleyhinə şüarlar səsləndiriblər. Əfqanıstanın cənubunda yerləşən və Taliban üçün simvolik əhəmiyyətə malik Qəndəhar vilayətində hərbi parad keçirilib.
Kabildə Taliban konvoyları keçmiş ABŞ səfirliyinin qarşısındakı Məsut qovşağından şəhər turuna çıxıb və bütün paytaxtı gəziblər. Bundan əlavə, terror təşkilatı DEAŞ-ın qeyd etmələrə təhdid etmə ehtimalı səbəbiylə Taliban qüvvələri qeyd etmələr üçün geniş təhlükəsizlik tədbirləri görüb. Digər tərəfdən Əfqanıstandan və Əfqanıstandan kənarda olan bəzi müxalif qadınlar qrup halında Talibana etiraz edərək, onlara qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.