Kiyev Rusiyanın Olimpiya Oyunlarında iştirakına qarşıdır - ÖZƏL
15 Avqust 2023 14:57 DünyaOlaylar.az xəbər verir ki, Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkələrdə rusiyalı idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılması ilə bağlı Ukraynanın mövqeyini bildirib.
"Ukraynanın mövqeyi, şübhəsiz ki, dəyişməzdir: Rusiyanın 2024-cü il Olimpiadasında iştirakı ola bilməz. İdman siyasətdən kənar deyil, idman siyasətdir", - deyə Podolyak yazıb.
2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.
BOK-un İcraiyyə Komitəsinin 28 mart 2023-cü il tarixli iclasında idmançılar hərbi əməliyyatları dəstəkləməkdə fəal iştirak etməsələr, ruslara neytral statusa icazə vermək tövsiyə olunub.
Avqustun 14-də Ukraynanın baş naziri Denis Şmıxal Rusiya və Belarus idmançılarının turnirdə iştirakına icazə veriləcəyi təqdirdə 35 ölkənin birləşməyə və Olimpiadanı boykot etməyə hazır olduğunu bəyan edib .