Fransada dəhşətli yanğınlar: 3000 nəfər təxliyə olundu

Fransanın cənubundakı Mərkəzi Pireney bölgəsində baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.

Bu Avropa ölkəsi də İrana qarşı sanksiyalar tətbiq etdi

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, avqustun 14-də bölgədəki Sen-Andre, Sorede və Argel-sür-Mer yaşayış məntəqələrində başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alınıb. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu sayıda təyyarələr də yanğına müdaxilə edib.

Bildirilib ki, yanğın səbəbilə 3000 nəfər təxliyə edilib, 50-dən çox insan alov və tüstüdən zərər çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31