Rusiyanın müdafiə naziri Ukraynanı kassetli bombalarla hədələdi
15 Avqust 2023 14:33 DünyaRusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkəsinin silahlı qüvvələrinin Ukraynada kassetli bombalardan istifadə edə biləcəyini açıqlayıb.
Olaylar.az "report"a istinadən bildirir ki, o, bu barədə Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
S.Şoyqu bildirib ki, Ukrayna tərəfindən beynəlxalq humanitar hüquq və normalarının pozulması Rusiyanın kasset bombalarından istifadə ilə bağlı qərara yenidən baxmasını aktuallaşdırıb.
"Bizim kasetli bombalarımız da var. İndiyədək humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər", - S.Şoyqu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31