Kadırov Putinə sadiqliyini nümayiş etdirir - Britaniya

Çeçen hərbi birləşmələri Ukrayna ilə müharibədə mühüm rol oynayır. Ramzan Kadırov Vladimir Putinə sadiqliyini nümayiş etdirir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, Çeçenistan lideri Ramzan Kadırov avqustun 10-da verdiyi bəyanatda Zaporojye cəbhəsinin Orexov istiqamətində şiddətli qarşıdurmada "Vostok-Əhməd" batalyonunun olduğunu etiraf edib:

"Kadırovun açıqlamasından belə çıxır ki, bu ərazidə əsas rolu çeçen birləşmələri oynayır. "Vostok-Əhməd" rəsmi olaraq Rabotino ərazisində fəaliyyət göstərən Cənub Hərbi Dairəsinin 42-ci motoatıcı diviziyasına tabedir. Çeçen qüvvələri Ukraynadakı Rusiya qüvvələrinin nisbətən kiçik, lakin diqqətçəkən tərkib hissəsini təşkil edir. Kadırov bir Putin tərəfdarı kimi reputasiyasını gücləndirmək üçün bölmələrinin rolunu fəal şəkildə təbliğ edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31