Belarusdakı nüvə silahı Avropaya cavabdır - Lukaşenko
15 Avqust 2023 13:51 DünyaBelarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi Şərqi Avropanın sürətlə hərbiləşdirilməsinə adekvat cavabdır.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Hazırkı beynəlxalq vəziyyət görünməmiş dərəcədə gərgin olaraq qalır. Bütün məlum təhdidlər və çağırışlar artıb və kütləvi qırğın silahlarından istifadə riskləri artır. Bu gün beynəlxalq silahlara nəzarət qanunu nüfuzdan düşür. İstisnasız olaraq bütün ölkələrdə informasiya müharibələri və kibercinayətkarlıq səbəbindən iqtisadi və milli qeyri-sabitlik hökm sürür", - Lukaşenko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31