Yaponiyada qasırğa səbəbindən 20 nəfər xəsarət alıb - ÖZƏL
15 Avqust 2023 12:41 DünyaSəhər saatlarında Yaponiyanın ən böyük yarımadası olan Kii yarımadasına çatan "Lan" qasırğası ölkənin müxtəlif bölgələrində, xüsusilə Hyoqo, Osaka, Kyoto və Vakayama əyalətlərində güclü külək və yağışlara səbəb olub. Olaylar.az xəbər verir ki, səlahiyyətlilər güclü külək nəticəsində Hyoqo əyalətində 7, Osaka əyalətində 5, Kyoto əyalətində 3, Vakayama əyalətində 3 və Şiqa əyalətində 2 nəfər olmaqla ümumilikdə 20 nəfərin yaralandığını açıqlayıb. Qasırğa hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, ölkə daxilində 800 uçuş ləğv edilib. Naqoya və Şin-Osaka stansiyaları ilə Şin-Osaka və Okayama stansiyaları arasında bu günə planlaşdırılan bütün sürətli qatar xidmətləri ləğv edilib. Bəzi bölgələrdə daşqınlar və torpaq sürüşmələri yaşanarkən, Yaponiya Meteorologiya Agentliyi (JMA) tayfunun bu axşamdan etibarən Kinki, Şikoku və Çuqoku bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb.