Fransada baş verən yanğında 500 hektara yaxın ərazi məhv olub

Olaylar.az xəbər verir ki, Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.  Fransanın Mərkəzi Pireney Qubernatorluğundan verilən açıqlamaya görə, bölgədəki Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində dünən başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alına bilib. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu yanğınsöndürən təyyarələr də yanğına müdaxilə edib, təxminən 500 hektar meşə sahəsi məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31