“Apple” köhnə “iPhone” istifadəçilərinə pul ödəyəcək - ÖZƏL
15 Avqust 2023 10:30 Dünya2017-ci ildə başlayan uzun sürən hüquqi mübarizədən sonra, Apple köhnəlmiş batareyalarla iPhone yavaşlamalarına görə kompensasiya ödəməyə yaxınlaşır. Olaylar.az xəbər verir ki , şirkət məhkəmə prosesinin iştirakçılarına 310 milyon dollardan 500 milyon dollara qədər pul ödəməyi öhdəsinə götürdüyü barışıq sazişi ilə razılaşıb .
İddia Apple-ın smartfonları iOS 10-a yenilədikdən sonra iPhone performansını bilərəkdən aşağı saldığı məlum olduqdan sonra qaldırılıb.Şirkət bunun akkumulyatorları pisləşmiş cihazların təsadüfən sönməsinin qarşısını almaq üçün lazım olduğunu iddia edib. Bununla belə, bir çox istifadəçi bunu yeni cihazların alınmasına təkan verən planlaşdırılmış köhnəlmə kimi görürdü.
Razılaşma 2020-ci ilin oktyabrından əvvəl kompensasiya üçün müraciət etmiş birinci nəsil iPhone 6, 6 Plus, 6S, 6S Plus, 7, 7 Plus və iPhone SE sahiblərinə şamil edilir. Bəzi məlumatlara görə, qurbanların ümumi sayı 3 milyon nəfər olub. Onların hər biri təxminən 65 dollar təzminat alacağını gözləyə bilər.
Köhnə iPhone-ların iki sahibi barışıq sazişinə əsasən kompensasiya məbləği ilə razılaşmadı, lakin ABŞ-ın 9-cu Dairə Məhkəməsi onların şikayətini rədd etdi. Bu o deməkdir ki, Apple tezliklə ödəmə prosesinə başlaya bilər.