Soçidən Türkiyə və Ermənistana uçuşlar bərpa olundu

"Rusiya" aviaşirkəti ("Aeroflot" qrupuna daxildir) Soçi aeroportundan xaricə uçuş proqramını bərpa edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu gün Ermənistan və Türkiyəyə dörd reys icra olunub, günün sonuna doğru daha iki təyyarə sözügedən ölkələrə səfər edəcək.

Belə ki, Türkiyənin İstanbul, Antalya və Dalaman, həmçinin İrəvan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə birbaşa reyslər nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31