Hindistanda güclü ZƏLZƏLƏ
14 Avqust 2023 23:19 DünyaHindistan-Banqladeş sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayı.
Yeraltı təkanların Hindistanın Karimqanc şəhərindən 14 kilometr qərbdə, Banqladeş sərhədində təxminən 35 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Digər tərəfdən Hindistan Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 5,4 bal olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31