Türkiyənin kurort zonasında MEŞƏ YANĞINI

19:15

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

***

Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb.

Yanğın nəticəsində 1,5 hektar meşə ərazisinə zərər dəyib.

Bölgədə soyutma işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31