Pakistanın yeni baş naziri AND İÇDİ
14 Avqust 2023 20:30 DünyaPakistanda müvəqqəti hökumətin baş naziri Anvarul Hak Kakar and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, prezident Arif Alvinin rəhbərliyi ilə andiçmə mərasimi baş tutub.
Prezident Sarayında keçirilən mərasim Qurani-Kərimin oxunması ilə başlanıb.
Alvinin oxuduğu mətni təkrarlayan Kakar ölkənin 8-ci müvəqqəti hökumətinin baş naziri olaraq vəzifəsinin icrasına başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31