ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

ABŞ Ukraynaya 200 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı göndərəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin bəyanatında bildirilib.

Hərbi yardıma hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31