Türkiyə sərhədçiləri FETÖ və PKK üzvlərini yaxaladı

Türkiyədən Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər Sərhəd Xidməti tərəfindən yaxalanıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində həbs edilən şəxslərin FETÖ və PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvləri olduğu müəyyən edilib.

"Sərhədlərimizdə qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir", - deyə məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31