Ukrayna çağırışçıların ölkədən getməsinə nəzarəti gücləndirəcək - ÖZƏL

Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andriy Demçenko "Ukrayinska pravda" nəşrinə müsahibəsində bildirib ki, ölkə hərbi xidmət keçməli olan şəxslərin ölkədən getməsinə nəzarəti gücləndirəcək.

Onun sözlərinə görə, bu məqsədlə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi sərhəd xidmətinin məlumat bazaları ilə çağırışçıların və hərbi xidmətə cəlb olunanların vahid dövlət reyestrinin məlumat mübadiləsinə başlayır. Demçenkonun sözlərinə görə, belə bir mübadilə sərhədi qeyri-qanuni, o cümlədən saxta sənədlərdən istifadə etməklə keçmə cəhdlərini istisna etmək"məqsədilə həyata keçiriləcək.

O izah edib ki, hazırda sənədləri yoxlamaq üçün sərhədçilər telefonla konkret hərbi komissarlıqlarla əlaqə saxlayırlar, onlar müvafiq sənədləri veriblər.

"Tezliklə bunu konkret şəxslərlə bağlı məlumat mübadiləsi  vasitəsilə praktiki olaraq onlayn etmək mümkün olacaq" deyə Demçenko bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya səfərbərlik və hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsi təqdim edib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31