Yeni Zelandiya son COVID-19 məhdudiyyətlərini ləğv edir - ÖZƏL

Yeni Zelandiya tətbiq etdiyi ən son COVID-19 məhdudiyyətlərini ləğv edərək epidemiyaya qarşı sərt tədbirlər siyasətini dayandırdı. Olaylar.az xəbər verir ki, baş nazir Kris Hipkins mətbuata verdiyi açıqlamada xəstəxanalarda və səhiyyə müəssisələrində maska taxma praktikasının və COVID-19 xəstələri üçün 7 gün özünü təcrid etmə öhdəliyinin bu gecə yarısından etibarən sona çatacağını bildirib. Hipkins, ölkədə təxminən 3,250 Yeni Zelandiyalının əsas və ya ikincil səbəb olaraq COVID-19 səbəbiylə öldüyünü söyləyib. Ciddi tədbirlərlə bir çox insanın həyatının xilas edildiyini qeyd edən Hipkins, "Məncə, Yeni Zelandiyalılar birlikdə əldə etdiklərimizlə son dərəcə qürur duyurlar" deyib. 
Epidemiyanın başlaması ilə ölkə sərhədlərini bağlayaraq sərt tədbirlər görən Yeni Zelandiya, COVID-19 prosesinin uzanması və daha yoluxucu variantların ortaya çıxması ilə sıfır tolerantlıq yanaşmasına son qoymalı oldu. Səhiyyə naziri Ayesha Verrall, hadisələrin sayının iyun ayından bəri azalma tendensiyası olduğunu söylədi. Müxalifətdəki ACT Partiyasının lideri David Seymour hökuməti insanlara çox uzun müddət uşaq kimi rəftar etdiyinə görə tənqid edərək, qərarın icrasının gecikdirilməsi olduğuna işarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31