Hollandiya hava məkanına yaxınlaşan Rusiya döyüş təyyarələrinin dayandırıldığını bildirib - ÖZƏL
14 Avqust 2023 15:23 DünyaHollandiya hava məkanına yaxınlaşan iki Rusiya döyüş təyyarəsinin Danimarka hava məkanında dayandırıldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Rusiyaya məxsus 2 ədəd F-16 döyüş təyyarəsinin saat 07:00 radələrində Hollandiya hava məkanına yaxınlaşdığı müəyyən edilib. "Quick Response Alert" (QRA) sistemləri işə salındıqdan sonra təyyarə həmin ölkənin hava məkanında olarkən Danimarka tərəfindən tutulub. Bəyanatda deyilir ki, bu cür hadisələr nadir hallarda baş verir, lakin buna baxmayaraq, sürətli yerləşdirmənin vacibliyini nümayiş etdirir. Açıqlamada, həmçinin Hollandiya F-16-larının 24 saat həyəcan vəziyyətində olduğu, xarici bir təyyarənin olması təsbit edildiyi təqdirdə dəqiqələr ərzində işə salına biləcəyi vurğulanıb.