Moldova MDB-nin daha bir sazişindən çıxdı - ÖZƏL
14 Avqust 2023 14:27 DünyaOlaylar.az xəbər verir ki, Moldova MDB-də Silahsızlanma Məsələləri üzrə Birgə Məşvərət Komissiyasının yaradılması haqqında Sazişdən (1992-ci il tarixli) çıxıb və bu sazişi ölkə üçün qeyri-funksional adlandırıb.
Moldovanın müdafiə naziri Anatoli Nosatii bildirib ki, respublika sazişin müddəasını yerinə yetirməyib, çünki 1994-cü ildə onun parlamenti sənəddə suverenlik və müstəqillik prinsiplərinə zidd olduğunu görərək MDB çərçivəsində hərbi-siyasi sahədə qarşılıqlı fəaliyyəti istisna etmək qərarına gəlib.
Nosatii deyib ki, imzalayan dövlətlər həm Avropada Adi Qüvvələr Müqaviləsinin, həm də böyük əhəmiyyət kəsb edən etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə 2011-ci il Vyana Sənədinin tərəfləridir.
Bundan əvvəl Moldova parlamentinin sədri İqor Qrosu ölkənin MDB parlamentlərarası assambleyasından çıxması təşəbbüsü ilə çıxış etmək qərarına gəldiyi bildirilib.
2022-ci ildən Moldova müşahidəçi olduğu MDB və Aİİ- nin iclaslarına məhəl qoymur
MDB-nin baş katibi Sergey Lebedev Moldovanın Birliyin üzvü olaraq qalacağına ümid etdiyini bildirib .