Arvadı Petrosyanın soyadından imtina etdi

Erməni əsilli rusiyalı parodiyaçı Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunova ərinin soyadını götürməkdən imtina edib.

Olaylar.az Kult.az-a istinadən xəbər verir ki, Bruxunova bu barədə İnstaqram hesabında məlumat paylaşıb.

Bruxunova bildirib ki, Petrosyanla evlənəndə belə soyadını dəyişməyib:

"Niyə? Çünki mən atamın qızıyam. Onun soyadını da ölənə kimi daşıyacam. Arvadların soyad dəyişməsi ənənəsi artıq köhnəlib".

Qeyd edək ki, Yevgeni Petrosyanla Tatyana Bruxunova 2019-cu ildə evləniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31