Ukrayna qalib gəlir, möcüzə isə olmayacaq - "Tayms"
14 Avqust 2023 13:26 DünyaUkrayna Rusiya ilə müharibədə qalib gəlir, lakin müharibə Yeni il bayramına qədər bitməyəcək.
Olaylar.az Axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Tayms" qəzeti məlumat yayıb.
"Hazırda uzanan əks-hücumda möcüzə olacağına ümid edirdilər. NATO möcüzələr gözləyirdi və ukraynalılar onlara bunu vəd etdilər. Ancaq optimizm əsasında müharibə apara bilməzsiniz. Əks-hücum zamanı üzə çıxan problemlər Ukrayna ilə müttəfiqlər arasında gərginliyə səbəb olub. Qarşılıqlı ittihamlar səsləndirməyə başladılar. Müharibə isə uzanır. İndi Ukraynaya dəstək üçün uzunmüddətli planlar hazırlamaq lazımdır. Bu, bəlkə də nəhayət, hansısa sülhün mümkünlüyünü nəzərdən keçirmək üçün şərait yaradacaq", - nəşrin analizində bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31