Türkiyədə dənizə girmək qadağan edilidi - ÖZƏL

Türkiyənin 3 vilayətinin bəzi çimərliklərində dənizə girmək qadağan edilib. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, bu sıraya  Kocaelinin Kandıra rayonundakı bəzi çimərliklər, Zonquldakdakı Kapuz çimərliyi və Sakaryadakı bütün çimərliklər aiddir.
Çimərliklərə giriş qadağasına səbəb kimi rəsmilər əlverişsiz hava şəraitini göstərirlər. Vətəndaşlardan qadağaya əməl etmələri və dənizdə çimməmələri istənilib.
Sakaryanın Qara dəniz sahil rayonları olan Karasu, Kocaali və Kaynarcada sıx dalğalar və yarğan axınları səbəbiylə üzməyə icazə verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31