Ukrayna Parisdə keçiriləcək Olimpiadada ruslarla yarışmağa hazırdır - ÖZƏL
14 Avqust 2023 12:56 DünyaUkrayna idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya və Belarus idmançılarının neytral statusda qəbulu ilə belə iştirak etməyə hazırdırlar. Olaylar.az xəbər verir ki, bunu Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutzeyt deyib.
O, həmçinin əlavə edib ki, Ukrayna tərəfi Rusiya və Belarus idmançılarının neytral statusda buraxılması şərti ilə Oyunlarda iştiraka razılıq verəcək.
Hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) hələ 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək Oyunlarda rusları və belarusları iştiraka dəvət etməyib.
İyulun 27-də Ukraynanın Gənclər və İdman Nazirliyi öz idmançılarının Rusiya və Belarus idmançıları ilə beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı aradan qaldırıb.
BOK-un icraiyyə komitəsinin martın 28-də keçirilən iclasında idmançıların hərbi əməliyyatların dəstəklənməsində fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsi tövsiyə edilib.