Paxlava qutularından 2 milyondan çox narkotik həb çıxıb - ÖZƏL
14 Avqust 2023 12:12 DünyaSəudiyyə Ərəbistanında Ciddə Limanında Zəkat, Vergi və Gömrük İdarəsinin verdiyi açıqlamada, paxlavaların altına gizlədilən plastik torbaların içərisində cəmi 2 milyon 242 min 560 narkotik həb aşkar edilib. Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükün alıcısı tutulub. Gömrük idarəsi açıqlamasında ölkə iqtisadiyyatının və cəmiyyətinin qorunması üçün hər kəsi qaçaqmalçılıqla mübarizəyə dəstək olmağa çağırıb və belə hallarda müraciət edə biləcəkləri telefon nömrəsini və elektron poçt ünvanını paylaşıb. Yükün haradan gəldiyi və tutulan 2 nəfər barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31