Türkiyə qanunsuz suriyalı miqrantları Hələbə göndərməyi planlaşdırır - ÖZƏL
14 Avqust 2023 11:51 DünyaOlaylar.az xəbər verir ki Türkiyə suriyalı qaçqınların və qeyri-qanuni miqrantların Hələb vilayətinə göndərilməsi üçün Rusiya və Suriya ilə danışıqlar aparır.
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının ( Ədalət və İnkişaf Partiyası ) qərargahı, Avropa İttifaqı və Daxili İşlər Nazirliyinin işçi qrupu sığınacaq axtaranların və qeyri-qanuni miqrantların ölkəyə qaytarılması üçün üçtərəfli mexanizm yaradıb. Hələbdə gələcək miqrantlar üçün yataqxana tikilir, həmçinin vilayətin təhlükəsiz ərazilərində iş yerləri yaradılır.
Daha əvvəl bildirilib ki, Türkiyə Aİ ilə vizasız rejim naminə miqrantların vətəndaşlıq almasını çətinləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31