Nigeriyada qaçırılan 10 nəfər xilas edilib - ÖZƏL

Nigeriyanın Kaduna əyalətində silahlı şəxslər tərəfindən fidyə qarşılığında qaçırılan 10 nəfər əməliyyat nəticəsində xilas edilib. Olaylar.az xəbər verir ki, ordunun ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Musa Yahaya açıqlamasında bildirib ki, Kaduna əyalətinin Çikun bölgəsindəki Yero kəndində silahlı şəxslərə qarşı əməliyyat keçirilib. Yahaya qeyd edib ki, silahlılar tərəfindən girov götürülən 10 nəfər xilas edilib. Əməliyyatda 3 silahlının zərərsizləşdirildiyini bildirən Yahaya silah və mühüm sursatların da ələ keçirildiyi barədə məlumatı paylaşıb. Nigeriyada adam oğurluğuna görə ölüm cəzasına baxmayaraq, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31