İsraildə 100 min insan küçələrə axışdı

İsraildə məhkəmə islahatlarının əleyhdarları növbəti dəfə Baş nazir Benyamin Netanyahu hökumətinə qarşı kütləvi aksiyaya çıxıblar.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, aksiya paytaxt Təl-Əvivin Dizenqof meydanında baş tutub.

Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər. Netanyahu və nazirlərin ünvanına "Rüsvayçılıq" şüarı səsləndirənlər sözügedən islahatları dayandırmağı və İsrail demokratiyasını qorumağı tələb ediblər.

Yerli medianın məlumatına görə, aksiyada 100 mindən çox insan iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31