Türkiyə ilk zond raketini kosmosa buraxıb
12 Avqust 2023 23:03 DünyaTürkiyənin "Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.
Nazirlik tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.
Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.
"Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb", - deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31