Bu tarixdə NATO-nun təlimləri başlayacaq
12 Avqust 2023 21:10 DünyaRumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.
Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası "Deployex" təlimlərində iştirak edəcək.
Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31