Ronaldo HƏBS OLUNA BİLƏR

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kristiano Ronaldo matç zamanı xristian jesti etdiyi üçün həbs oluna bilər.

Olaylar.az milli.az-a istinadla xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı qanunlarına görə qadağandır.

38 yaşlı portuqaliyalı Ərəb Çempion Klublar Kuboku çərçivəsində İraqın "Əl-Şorta" klubu ilə görüşdə (1:0) qol vurub. O, qolu qeyd edərkən xristian jesti edib.

Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır. 

Belə bir hərəkətin cəzası hətta həbs ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31