Türkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq – Cevdet Yılmaz
11 Avqust 2023 21:58 DünyaTürkiyə aviasiya sənayesinin inkişafına hər zaman dəstək olacaq.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz X (twitter) hesabında paylaşım edib.
Cevdet Yılmaz Türkiyə Özəl Sektor Aviasiya Müəssisələri Birliyi (TÖŞİD) ilə görüş keçirib.
"Mülki aviasiyamızın inkişafı və dünyada möhkəm mövqelərinin möhkəmlənməsi üçün ölkəmizə əlavə dəyər yaradan sektor nümayəndələrimizə təşəkkür edir, onlara işlərində uğurlar arzulayıram", - deyə o qeyd edib.
Görüş zamanı mülki aviasiya sektoru ilə bağlı tələb və təkliflərin müzakirəsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31