Ərdoğan Macarıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, görüşdə təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunacaq.

Məlumata görə, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırır.

Qeyd edək ki, Türkiyə Prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31