Polşada qatar yük maşını ilə toqquşdu: 20 nəfər yaralandı
11 Avqust 2023 20:04 DünyaPolşada qatarın yük maşını ilə toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğından Mühafizə Xidməti "X" sosial şəbəkəsində (Tvitter) məlumat yayıb.
Qəza Mazovets vilayətinin Dalanuvek kəndi yaxınlığında baş verib. Hadisə yerində Yanğından Mühafizə Xidmətinin 45 əməkdaşı və 11 yanğınsöndürən maşın var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31