Nigeriyada daşqınlar nəticəsində 7 mindən çox insan evlərini tərk edib - ÖZƏL

Neriyanın Milli Fövqəladə Hallar İdarəsi Agentliyi (NEMA) bu il ölkədə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 7 mindən çox insanın evlərini tərk etdiyini açıqlayıb. NEMA-nın Planlaşdırma, Tədqiqat və Proqnozlaşdırma Direktoru Fatimə Kasim verdiyi açıqlamada, aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfərin daşqınlardan mənfi təsirləndiyini bildirib. Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfərin məcburi köçkün olduğunu qeyd edən Kasım 1679 evin dağıldığını, 866 hektar ərazinin tamamilə zərər gördüyünü bildirib. Sel nəticəsində 5 nəfərin həyatını itirdiyini qeyd edən Kasım, indiyədək 75 nəfərin yaralandığını bildirib. Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb. Daşqınlar nəticəsində ölkə iqtisadiyyatı 7 milyard dollar zərər çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31