ÜST COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar nəzarəti gücləndirir - ÖZƏL
11 Avqust 2023 16:13 DünyaDünya ölkələri COVID-19-a yoluxma hallarının artması və EG.5 omikron ştamm variantının yayılması ilə əlaqədar epidemioloji nəzarəti gücləndirməlidir. Olaylar.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-nin sözçüsü Kristian Lindmayer məlumat verib.
"Ölkələr nəzarəti və hesabatları xeyli azaldıb" deyən Lindmayer baş verənlərlə bağlı tam təsəvvür əldə etməsəniz, tam cavab vermək mümkün olmayacaq deyə bildirib.
O bildirib ki, ÜST ölkələri daha çox müşahidələr aparmağa və monitorinqin nəticələri barədə daha çox məlumat verməyə təşviq edir.
Daha əvvəl ÜST bildirmişdi ki, bir ay ərzində dünyada koronavirusa yoluxanların sayı iki dəfə - 80% artıb. Təşkilatın məlumatına görə, iyulun 10-dan avqustun 6-dək infeksiyaya yoluxanların sayı təxminən 1,5 milyon, ölənlərin sayı isə 2,5 min nəfər təşkil edib. Bundan əvvəl təşkilat EG.5-in bütün dünyada sürətlə yayıldığını bildirmişdi .