Barbi filmini qadağan edən ölkələrın sayı artır - ÖZƏL

Bu ilin ikinci ən çox gəlir əldə edən filmi halına gələn və bütün dünyada gündəmdən düşməyən Barbi filminə qadağa qoyan ölkələrin sayı artmaqdadır.

"OLAYLAR" "Haber Global"-a istinadən bildirir ki, İyulun əvvəlində Vyetnam filmin nümayişinə qadağa qoyduğu halda, Livan da oxşar qərar verib. Livanın Mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada "Barbie" filminin "homoseksuallığı təbliğ etdiyi" və dini dəyərlərə zidd olduğu səbəbi ilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb. Küveyt və Filippin də filmin nümayişini qadağan edən ölkələr sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31