Rusiya və Çin gəmisi ABŞ hakimiyyətini təşvişə salıb - ÖZƏL
11 Avqust 2023 13:54 DünyaAlyaska sahillərində peyda olan bir qrup Rusiya və Çin gəmisi ABŞ hakimiyyətini təşvişə salıb. Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri , polkovnik Duqlas Makqreqor bildirib.
O xatırladıb ki, Amerika gəmiləri müntəzəm olaraq xarici ərazi sularına üz tutur və digər dövlətlərin sərhədləri boyunca patrul edir. Bununla bağlı Moskva və Pekin Vaşinqtona siqnal göndərib ki, onların da eyni imkanları var.
"Biz vaxtaşırı öz döyüş gəmilərimizlə Tayvan boğazını keçirik", - deyə Makqreqor misal çəkib.
Eyni zamanda, ABŞ müdafiə nazirinin keçmiş müşaviri öz ölkəsini illərlə hamını qorxu içində saxlayan məktəb zorakısına bənzədib.
Ötən həftə Rusiya və Çin Alyaska yaxınlığında birgə dəniz təlimləri keçirib. Senator Dan Sullivanın sözlərinə görə, əməliyyatda 11 gəmi iştirak edib .
Buna cavab olaraq Pentaqon xarici gəmiləri sərhədlərdən uzaqlaşdırmaq üçün dörd esmines səfərbər edib. Sullivan isə öz növbəsində hadisəni "görünməmiş" vəziyyət adlandırıb.