Baykarın Səudiyyə Ərəbistanına ixracı ABŞ-da əks-səda doğurub - ÖZƏL

Baykarın, Akıncının Səudiyyə Ərəbistanına ixracı üçün imzaladığı müqavilə ABŞ başda olmaqla dünya mətbuatında əks-səda doğurub. Olaylar.az xəbər verir ki, ABŞ-ın müdafiə sənayesinin aparıcı nəşrlərindən olan "Breaking Defence"də imzalanan sazişin əhəmiyyəti ilə bağlı qiymətləndirmələr yer alıb. Baykarın Səudiyyə Ərəbistanına ixracı ABŞ-da rezonans doğurub Baykar, Bayraktar Akıncı ixracatı ilə keçən həftə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyəti tarixinin müdafiə və aviasiya sahəsində ən böyük ixracat müqaviləsini imzaladı. Bu müqavilədən sonra şirkət Bayraktar Akıncının Səudiyyə Ərəbistanında istehsalı üçün Səudiyyə Ərəbistanı Hərbi Sənayesi (SAMI) ilə əməkdaşlıq müqaviləsi imzaladı. Sazişlər dünya mətbuatında, xüsusən də ABŞ-da əks-səda doğurdu. Mövzu ilə bağlı Breaking Defense xəbərində Baykarın Səudiyyə Ərəbistanında imzaladığı müqavilələrin əhəmiyyətinə diqqət çəkilib.

Baykar baş direktoru Haluk Bayraktar Breaking Defence-ə verdiyi açıqlamada Baykarın "buzqıran" kimi irəlilədiyini və Türk müdafiə sənayesi şirkətlərinin yolunu açdığını ifadə edərək, "Əməkdaşlıq edən tərəfdaşlarımız Aselsan və Roketsan da NCMS şirkəti ilə müqavilələr bağladı. Bu müqavilələr sayəsində Türkiyənin müdafiə və aerokosmik sənayesində alt sistemlər istehsal edən yüzlərlə şirkət bu sahədə yeni əməkdaşlıqlarla ixrac portfellərini genişləndirəcək" qiymətləndirməsini edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31