Cənubi Koreya və ABŞ mümkün epidemiyalara qarşı əməkdaşlıq edəcəklər - ÖZƏL
11 Avqust 2023 11:23 DünyaCənubi Koreya və ABŞ gələcək epidemiyalara hazırlaşmaq üçün birlikdə çalışacaqlar. Olaylar.az xəbər verir ki, Cənubi Koreya Milli Yoluxucu Xəstəliklər İnstitutu (NIID) ortaya çıxa biləcək yoluxucu xəstəliklərə hazırlıq üçün ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) ilə əməkdaşlıq edərək klinik araşdırmalara başladığını açıqlayıb. "STRIVE" adlı klinik sınaqda ilk olaraq COVID-19 xəstələri üçün yeni hazırlanmış virus əleyhinə və immunomodulyator preparatların müayinəsi planlaşdırılır. Yerli xəstəxanalar və tədqiqatçılar, mümkün bir epidemiyaya hazırlıq üçün başladığı elan edilən STRIVE-ın klinik sınaqlarında iştirak edə biləcəklər. NIID direktoru Jang Hee-chang, "Biz yoluxucu xəstəliklər üçün yeni müalicə üsullarını inkişaf etdirmək və NIAID ilə yanaşı ortaya çıxan yoluxucu xəstəliklərə cavab vermək qabiliyyətimizi gücləndirmək üçün dünyanın əsas klinik tədqiqat mərkəzləri ilə qlobal klinik sınaq əməkdaşlıq sistemimizi davam etdirəcəyik" deyib.