Bu gün Ukraynadan taxıl ixracının alternativ yollarını müzakirə etmək üçün görüş keçiriləcək - ÖZƏL

Bu gün Rumıniyada Ukrayna taxılının alternativ ixracını müzakirə etmək üçün Moldova, Rumıniya və Ukrayna nazirləri, həmçinin ABŞ və Avropa İttifaqı rəsmilərinin iştirak edəcəyi iclas  keçiriləcək . Olaylar.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarova məlumat verib. 
Yığıncağın Qalati şəhərində keçiriləcəyini  bildirilib. 
"Burada Ukraynadan taxıl ixracının alternativ yolları müzakirə olunacaq", - deyə Zaxarova  bildirib.
Danışıqlarda Moldova Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Vladimir Bolya, Rumıniyanın nəqliyyat naziri Sorin Qrindeanu, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun , ABŞ Dövlət Departamentinin Sanksiyaların əlaqələndirilməsi ofisinin rəhbərinin iştirakı planlaşdırılır. 
Avqustun 8-də Litvanın baş naziri İnqrida Simonyte bəyan edib ki, respublika Ukrayna taxılının Klaypeda dövlət dəniz limanı vasitəsilə tranziti ilə bağlı Polşa ilə danışıqlarda  Aİ- dən vasitəçiliyə müraciət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31