52 yaşlı qadının ərinə AD GÜNÜ SÜRPRİZİ faciə ilə nəticələndi - FOTO

Moskva vilayətinin Ramenskoye şəhərində 52 yaşlı qadın və əri hava şarı ilə uçuş zamanı yanıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, qadın ərinə ad günündə sürpriz etmək üçün Günəşin doğuşunu hündürlükdə birlikdə qarşılamaq istəyib. Lakin ad günü faciə ilə bitib.

Şar havaya qalxdığı zaman alov şlanqı qopub və nəticədə qadının üzərindəki paltar alışıb.

Ağır xəsarətlər alan qadın yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ona 1-ci, 2-ci və 3-cü dərəcəli baş, üz, boyun, əllər, sol ayaq və bud nahiyəsinin - bədən səthinin 32% yanıqları, həmçinin yanıq şoku diaqnozu qoyulub.

Kişidə isə bədən səthinin 12%-i yanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31