Rusiyanın Luna-25 missiyası Ayın yaradılması nəzəriyyəsini təsdiq etməyə kömək edəcək - ÖZƏL
11 Avqust 2023 11:23 Dünya"Rusiyanın "Luna-25" robot-ay missiyası çərçivəsində planlaşdırılan Ayın Cənub Qütbündə buz birləşmələrinin tədqiqi Ayın necə əmələ gəldiyinə dair əlavə məlumat verəcək".
Olaylar.az xəbər verir ki, bunu Moskva Planetariumunun elmi direktoru Faina Rubleva bildirib.
"Ümid edirik ki, missiya Ayın necə əmələ gəldiyinə müəyyən qədər aydınlıq gətirəcək. Hazırda ən azı iki fərqli nəzəriyyə mövcuddur. Yeni məlumatlar mövcud nəzəriyyəni təsdiq etməyə kömək edə bilər. Ayın Cənub Qütbündəki buzun təhlili, həm də suyun Yerin təbii peykinin səthində necə meydana gəldiyi və bu prosesin Yerdə suyun yaranması ilə bağlı olub-olmaması ilə bağlı nəzəriyyə yaratmağa imkan verəcək" - alim, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31