Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib - ÖZƏL
11 Avqust 2023 10:39 DünyaRusiya tədricən bütün müttəfiqlərini itirir. Vəziyyət o həddə çatıb ki, Moskvanın təşəbbüsü ilə qurulan əksər ittifaqlarda Rusiya küncə sıxışdırılır, yaxud həmin qurumlarda parçalanma meyilləri güclənir.
"OLAYLAR"-ın xəbərinə görə, vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu da deyib ki, Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib. Onun sözlərinə görə, Kreml iyulda keçirdiyi "Rusiya-Afrika" sammitindən istədiyi nəticəni əldə etmədi:
"Rusiya prezidenti Vladimir Putinin "biz Afrika ölkələrinin bir qisminə taxılı pulsuz çatdıracağıq" çağırışı toplantıya qatılan bir sıra ölkə lideri tərəfindən mənfi qarşılandı, Cənubi Afrika Respublikasının prezidenti etirazını gizlətməyərək bu cümləni işlətdi: "Bizə hədiyyə lazım deyil, Qara dənizdən taxıl daşıyan gəmilərə sərbəst hərəkət sərbəstliyi verin". Bu sözlər ona işarə idi ki, Rusiya Ukrayna taxılının Afrika ölkələrinə daşınmasının qarşısını alıb".