Malatya belə silkələndi - Güclü zəlzələnin görüntüləri - VİDEO

Dünən Türkiyədə ard-arda güclü zəlzələlər qeydə alınıb.

Olaylar.az   xəbər verir ki, axşam saatlarında Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub. Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə də hiss edilib. 20-dən çox insan yüngül xəsarətlər alıb, bir tərk edilmiş bina dağılıb.

Bundan başqa, səhər saatlarında da Bingöldə 4,3 böyüklüyündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, təkcə dünən Türkiyənin müxtəlif bölgələrində 3 baldan çox 7 zəlzələ olub.

Malatydada 5,3 maqnitudalı zəlzələ anı:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31